Maqazin

Lalə Məmmədovadan tənqidlərə reaksiya

Əməkdar artist Lalə Məmmədova izləyicilərinin suallarını cavablandırıb.

Müğənni ona ünvanlanan tənqidlərə münasibətini bildirib.

“Sağlam və əsaslı tənqidlərə açığam. Zatən bu olmasa, doğru inkişaf gedə bilməz. Ancaq həyatı boyu daşı-daş üstünə qoymayan, olduğu yerdən zəhməti, savadı ilə bir yerlərə gəlib çatmayanların səfeh yazılarını görmürəm. Çünki ciddi insan belə işlərə vaxt tapmır. Tapanlar isə göz qabağındadır. Ağızdan, qələmdən çıxan söz sahibindən xəbər verir. 

Çünki içi boş insanlar nə və nəyə “qadir olduqlarını” bilirlər. Komplekslərini gizlətmək üçün eqo və təkəbbür köməklərinə gəlir. Kimi aldada bilsən də sənəti aldatmaq olmur. Gec-tez tərdələr enəcək və işıqlar yanacaq” deyə, L.Məmmədova yazıb. / Axşam.az

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu