Millinews.az – Konqresmen: “Qlobal qeyri-sabitliyə görə Bayden məsuliyyət daşıyır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ prezidenti Co Bayden dünyada qeyri-sabit geosiyasi vəziyyətə və yaxınlaşan üçüncü dünya müharibəsinə görə məsuliyyət daşıyır.
Bu barədə ABŞ Konqresinin aşağı palatasının üzvü Marcori Teylor Qrin “X” platformasındakı (keçmiş “Twitter”) hesabında yazıb.
Respublikaçı deputat qeyd edib ki, indiki administrasiya Rusiyaya qarşı “proksi müharibəsi”nə milyardlarla dollar xərcləyib. Üstəlik, bu vəsaitlər ABŞ vergi ödəyicilərinə məxsusdur.
“Bayden administrasiyası öz siyasəti ilə bütün dünyada qeyri-sabitlik yaradıb və bizi üçüncü dünya müharibəsinə yaxınlaşdırır”, – parlamentari vurğulayıb.
Qrin əlavə edib ki, Ağ Evin qərarları səbəbindən ölkədə milli təhlükəsizlik böhranı başlayıb. Bununla yanaşı, ABŞ iqtisadi böhranın astanasındadır.
Nümayəndələr Palatasının üzvünün fikrincə, ölkə hökumətindəki korrupsiyaya dair külli miqdarda sübutlar var. Söhbət ilk növbədə prezidentin özündən və onun qohumlarından gedir.
In spite of everything happening, Biden admin policies are responsible for:
Open border policies that have created a national security crisis.
Our Strategic Oil Preserves are critically low creating a national security crisis.
Overspending on fake climate scams and COVID drove…
— Rep. Marjorie Taylor Greene🇺🇸 (@RepMTG) October 14, 2023