“Mən “otel” deyəndə ağlınıza başqa bir şey gəlirsə, günah məndə yox, sizindir. Beyniniz o qədər inkişaf edib”.
Bu sözləri müğənni Qumral Musayeva azxeber.com-a müsahibəsi zamanı deyib.
O, fikirlərinin cəmiyyətə yalnış çatdırılmasından narahatlığını dilə gətirib:
”Bunun günahı nə məndədir, nə də bu fikirlərimi qınayan insanlarda. Günah bu ifadələri bu günə qədər pis təqdim edənlərdədir. Kabinet mənim ailəm və ərimlə oturduğum yerdir. İndi də gedirəm, gedəcəm də. Kim mənə pis baxır-baxsın.
Kabinet əxlaqsızlıq yuvası deyil ki, mən ora getməyim. O gedənlər ki, var, kabinetlərdə nə işlərlə məşqul olur, bir Allah bilir, bir də özləri, bax onlar məni pis başa düşə bilər ancaq.
Ərim də var, oğlum da var, gedirəm, gedəcəyəm də. Mənim sözümü tutub hallandırmaq lazım deyil. Mən “otel” deyəndə ağlınıza başqa bir şey gəlirsə, günah məndə yox, sizdədir. Beyniniz o qədər inkişaf edib. Mən oteli ailəmlə gedib istirahət etdiyim yer kimi bilirəm.
Bu gün xalq artistlərimiz belə gedib kabinetlərdə otururlar. Onun adını nə vaxtsa dəyişib başqa şey qoysalar, onu deyərəm. O kabinetlərdə mən nələr görmüşəm, o məndədir, amma qorxsun o kəslər ki, o kabinetlərdə başqa işlərlə məşquldurlar”.