Maqazin
Niyam restoranı ilə bağlı şikayətlərə cavab verdi: Mənə 25 manat xərcləmək istəmirsiniz?”
Xəbər verdiyimiz kimi, müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən “My Beach” istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə paylaşılaraq, müzakirələrə səbəb olmuşdu.
Niyam məkanında ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması haqda tənqidlərə restoranında belə cavab verib:
“Buraya gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansambl ilə canlı ifalar təqdim edəcəyəm. Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?”. / Axsam.az