Xəbərlər

Şəhid anası vəfat etdi – FOTO


Vətən müharibəsi şəhidi Əyyub Süleymanovun anası Şüşən Əsədova vəfat edib.

Millinews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan şəhidin anası Biləsuvar rayonunda uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ə.Süleymanov ailənin yeganə oğul övladı olub. O, 1 noyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

2531bb842f 16087 1619562908





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu