Xəbərlər

Dedilər ki, rəqibin köynəyini əynindən çıxarıb

aaaaaaaasdf

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 10-cu turunda doğma meydanda “Qarabağ”la 2:2 hesablı heç-heçə edib.

Millinews.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bizə də Tovuzda axşam oyun keçirmək qismət oldu. Bu gün hər şey möhtəşəm idi. “Qarabağ”ı burada görmək xoşdur. İddialı olmaq istəyiriksə, bu cür komandalarla oyunda çəkinməməliyik. İkinci hissəyə çox yaxşı başladıq. Təmiz qolumuzu saymadılar. Top göydə olanda hakim fiti çalır. Bu gün VAR sistemi var. Mübahisəli epizodu buraxıb sonra VAR-da incələmək lazımdır. 1 xal bizim üçün önəmli idi. Uduza da bilərdik. Futbolçularıma təşəkkür edirəm. Son 5 dəqiqədə irəli atılıb qol vurdular. Biz klub olmaq istəyirik. Bunun üçün də bir çox maneələr var. Onlarda biri də ot örtüyüdür. Artıq yeni yerimiz var. Orada meydançalar salınandan sonra buranı təbii örtüklü edəcəyik.

– Adətən rəqiblər “Qarabağ”la oyunda müdafiəni düşünür. Siz isə hesab 1:1 olarkən hücum oyunçuları buraxdınız meydana. Qələbə qazana biləcəyinizi hiss edirdiniz?

– Bütün oyunlarda bunu istəyirik. “Qarabağ”la ilk oyunda da müdafiəyə oturmamışdıq. Əlbəttə məğlubiyyətlər olacaq. Komanda belə olur. Bir oyun sistemini qurmaq üçün vaxt lazımdır. Oyundan-oyuna fərq var. Qələbə qazanmaq istəyirdik.

– Bu heç-heçəni qələbəyə bərabər hesab etmək olar?

– Hər xal vacibdir. Uduzmamaq lazımdır. “Neftçi”, “Zirə” ilə heç-heçə etsəydik, indi yuxarı pillələrdə ola bilərdik.

– 90-cı dəqiqədə qol buraxdıqdan sonra 1 xalın əldən getdiyini düşündünüz?

– Bizim çəkdiyimiz stress tam başqadır. Amma futbolçuların əzmkarlığı mənə yaxşı siqnal verirdi. Gələcəkdə qələbələr olacaq.

– Hakimin qələbəni əlinizdən aldığını düşünmək olar?

– Hakimə dedim ki, epizoda baxdım. Mənə elə gəlir ki, VAR-da olanlar başqa oyuna baxıb. Faiq Medinaya toxunmadı. VAR-da dedilər ki, rəqibin köynəyini əynindən çıxarıb. Tək bu oyun deyil. “Sumqayıt”la matçda da penaltimizi vermədilər.

– Azarkeşlər Belajdi Pusini meydana buraxmağınız üçün onun adını səsləndirirdilər. Bu, sizi əsəbiləşdirmədi?

– Tovuzda bəzi şeylərə öyrəşməliyilk. Pusi meydanda olsaydı, Otto Conun adını səsləndirəcəkdilər. Azarkeş fikridir. Bu, normaldır. Bizim öz planımız var.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu