“Şöşü”dən SEVGİ ETİRAFI: “Səni sonsuz sevirəm” – FOTOLAR
Aparıcı, aktyor Ramil Babayev həyat yoldaşı Nigarla bağlı paylaşım edib.
Millinews.az axşam.az-a istinadən xəbər verir ki, o, xanımının ad günü olduğunu vurğulayıb. Ramil Nigara sevgi etiraflarını bu sözlərlə bildirib:
“Sevgili Nigar, bu gün sənin ad günündür. 18 il öncə bir araya gəldiyimiz gündən bu yana həyatımın ən gözəl və anlamlı 18 ilini yaşamışam. Səninlə birlikdə hər bir günüm mənim üçün bir əsrə bərabərdir. Sənsiz həyat düşünmək çətin olardı. Sevgin, dəstəyin və anlayışın mənə həmişə güc verib, həyatıma anlam qatıb. Səninlə birlikdə həyatın bütün rənglərini yaşamaq, gülüşünü görmək və birlikdə yolda olmaq həyatımın ən dəyərli hissləridir.
Sənə yeni yaşında daha çox sevinc, bərəkət və həyatın ən gözəl anlarını arzulayıram. Əminəm ki, biz həyatın bütün sürprizlərini və mübarizəsini birlikdə uğurla qarşılayacağıq. Səni sonsuz sevirəm və səninlə birlikdə daha bir milyon ad günü qeyd etmək ümidi ilə. Sənin həyat yoldaşın, Ramil Babayev”.
Qeyd edək ki, Ramil tamaşaçılara “Bozbas pictures”dəki “Şöşü” obrazı ilə tanışdır. Nigar və Ramil cütlüyünün iki qız övladı var.