Yens Stoltenberq: “İsrail tək qalmayacaq”
“Brüsseldə keçirilən toplantıda NATO-nun müdafiə nazirləri İsrailin müdafiə naziri Yoav Qalantın videobağlantı vasitəsilə brifinqini dinləyib və İsrailin tək qalmayacağını elan ediblər”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“İsrail tək qalmayacaq, bir neçə NATO ölkəsi artıq onu dəstəkləyir”, – deyə Stoltenberq bildirib.
Alyansın Mətbuat Xidmətindən verilən açıqlamaya görə, Qalant NATO-nu HƏMAS yaraqlılarının İsraildə və bir sıra NATO ölkələrinin mülki şəxslərinə qarşı törətdikləri vəhşiliklər barədə məlumatlandırıb.
Nazirlər NATO-nun mövqeyini bir daha təsdiqləyiblər ki, İsrail özünü müdafiə etmək hüququna malikdir, HƏMAS yaraqlıları isə girovların hamısını dərhal azad etməlidirlər. Bundan əlavə, onlar vurğulayıblar ki, heç bir ölkə və ya təşkilat vəziyyətdən sui-istifadə etməyə çalışmamalı və münaqişənin eskalasiyasına səbəb olmamalıdır.
Mənbə: TASS