71 yaşlı kişi gənc qızla erotik film izləmək istədi – Görün başına nələr gəldi
Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Kanal.Az yenisabah.az-a istinadən xəbər verir ki, Kütahya şəhərində yaşayan 71 yaşlı kişi qonşusu, həm də dostunun 24 yaşlı qızını birlikdə erotik film izləmək üçün dəfələrlə evinə çağırıb. Həmin vaxtlarda qızın nişanlı olmasına və telefon nömrəsini dəyişməsinə baxmayaraq, qoca nömrəni yenidən taparaq qıza qarşı şifahi və yazılı təqiblərini davam etdirib.
Sonda seksual qısnamalara dözməyən qız baş verən hadisəni nişanlısına danışıb və onunla birlikdə plan quraraq yaşlı kişinin evinə gedib.
Evə gedən qız yaşlı kişiyə “fantaziya edəcəyəm” deyərək onun əl-qolunu bağlayıb və nişanlısını evə çağırıb. Hadisədən xəbərdar olan oğlan yaşlı kişini 6 bıçaq zərbəsi ilə qətlə yetirib.
Bir neçə gün sonra evdə tək yaşayan qocanın evindən qoxu gəldiyini hiss edən qonşuları vəziyyətlə bağlı polisə xəbər veriblər.
Evə gələn polis əməkdaşları kişinin öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı araşdırma zamanı qonşuluqda yaşayan gənc qız və nişanlısı cinayəti etiraf edib.
Cütlüyün həbs olunması ilə bağlı qərar verilib. Onlar qətlə görə 15 və 25 il həbs cəzasına məhkum olunublar.