Maqazin

Zümrüd tanınmış sənətçi ilə sevgilidir?

Aparıcı Zümrüd Bədəlova müğənni Elvin Babazadə ilə haqqında çıxan xəbərlərə aydınlıq gətirib.

O bu haqda “Xəbər ətər” verilişində danışıb.

“Elvin dostluğa, çox istədiyi adamlara qarşı başqa cürdür. Sevgisini gizlədə bilmir. Xoşu gəlməyən adamlara olan kinini də gizlədə bilmir. Elvinlə bizim yaxın dostluğumuz belə insanları danışdırır. Elə insanlar var ki, deyir siz sevgilisiniz, amma gizlədirsiniz. O qədər şərh yazırlar ki. Elvin mənim bugünkü gündə yanımda olan, ailəmin tanıdığı, çox sevdiyi biridir. Həmişə ona deyirəm, sən mənim ailəmin üzvüsən. Anasıyla dərdləşirik, söhbət edirik. Bizim başqa bir münasibətimiz var. Keks bişirirəm, gəlib keks yeyir, keksdən dadır. Demək istəyirəm ki, sevgililik münasibəti yoxdur, ola da bilməz”, – deyə, Bədəlova söyləyib. / Olay.az

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu