Xəbərlər

Milli Məclis Zəfər Günü ilə bağlı paylaşım edib


Milli Məclisin sosial şəbəkələrdəki rəsmi səhifələrində 8 Noyabr-Zəfər Günü münasibəti ilə paylaşım edilib.

Millinews.az xəbər verir ki, paylaşımda Vətən müharibəsində möhtəşəm Zəfərin ildönümündə bu Şanlı Qələbənin qürurunu xalqımıza yaşadan qəhrəman övladlarımızın şücaətləri minnətdarlıqla qeyd olunub, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimiz rəhmətlə anılıb.

Qeyd edək ki, bu gün Azərbaycanın suverenliyinin tam bərpa olunduğu bir vaxtda Zəfərin üçüncü, xüsusi ildönümünü qeyd edirik. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi unikal, usta siyasət sayəsində mümkün oldu. O, həm Ermənistan rəhbərlərini, həm də separatçıların “başçı”larını, onların çoxsaylı diasporunu, bütün strateqlərini və hamilərini darmadağın edərək yüzilliklər ərzində ilk dəfə ölkəmizin bütün ərazisində suverenliyini bərpa etdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu