Maqazin

“Aylarla əlimə kişi əli dəymir” – Amma hacı var iki sevgilisi ilə eyni anda görüşür” – Pərvin

“Oğlanın yaraşıqlı olmağı mənə çatmır. Yaraşıqlı olanda heç sevmirəm. Başlayırlar özlərindən razı olmağa. Elə oğlan sənin deyil, başı özünə qarışır. Düşünür ki, bütün qızlar bunun üçün ölür və ölməlidir. Bir gözəl qız yanında yaraşıqlı oğlan gəzdirsə… Yaraşıqlı ola bilər, amma sadə olmalıdır. Baxırsan göz süzdürür, əzələlərin göstərir. Niyə, qızsan?”.

Bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə canlı yayımda deyib. Aktrisa oğlanlardan bəhs edib. 

Pərvinin Quranı oxuması ilə bağlı suallara cavabı isə müzakirələrə səbəb olub:

“Quran oxumağa çəkinirəm. Özümü nəinki ona layiq bilmək, hətta çirkli hesab edirəm əlimə alıb oxumaq üçün. Mənim üçün o qədər Quran, din önəmlidir ki… Bəlkə yanlış düşüncədəyəm, amma bu, belədir. Bəzən içki içirəm, axmaq hərəkət edə bilərəm, əlim istər-istəməz kirlənir. Əgər Quran oxuyursansa, namaz da qılmalısan. İçki içməməlisən. Necə Quranı oxuyum, sonra açıq geyinim, kluba gedim, çimərlik geyimi ilə dənişə yollanım. Düşünürəm ki, Quran oxuyanda başqa olmalısan. Başımı bağlayım, Quran oxuyum, sonra gedib başqa şey edim. Adam tanıyıram ki, Quran oxuyur, gedib içki də içir, namaz da qılmır. Mən o vaxt oxuyacağam ki, bütün qaydalara əməl edə bilim. Onu oxuyuramsa, sonra başqa şeylər edirəmsə, deməli boşuna oxumuşam.

Dediklərim, bir az da indiki saxta hacılara gedir. Həccə gedib, başqası ilə gəzir, arvadı evdə gözünün yaşını tökür. Özü isə restoranda qoluna taxıb müğənniləri… Elə olur ki, iki sevgilisini bir stolda əyləşdirir. Gözümün şahidi olmuşam. Hacıdır, iki müğənni sevgilisidir. Məşhurlar da rəfiqədirlər, ikisi də hacı ilədir, bir-birindən də xəbəri var. Bunu biləndə, dedim, nə günlərə qalmışıq. Nə var mənə pul xərcləyir deyə, rəfiqəmlə də sevgili olsun? İkimiz də onun pulunu yeyək. Həmin iki məşhuru isə hamı o qədər sakit, ağıllı tanıyır ki… Onlara elə hörmət edirlər ki… Özümə dedim ki, kül başına Pərvin, aylarla əlinə kişi əli dəymir, amma hamı elə bilir ki, qoyub başına gəzirsən. Camaat altdan nələr edir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu