Xəbərlər

Bu halda pensiya artacaq – Nazir AÇIQLADI


Pensiyanın minimum əməkhaqqına nisbəti 80 % nisbətindədir. Bu da ən yüksək nisbətdir.

Millinews.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, dövlət sosial xərcləri öz üzərinə götürərək, aztəminatlı pensiyaçıları təmin etmək üçün belə humanist addım atır: “Əmək bazarının, əməkhaqqı fondunun şəffaflaşdırılması kimi maneələr orta aylıq əməkhaqqının artmasına mənfi təsir göstərir. Azərbaycanda əməkhaqqı fondu ÜDM-nin ən azı 28-30%-nə çatmalıdır ki, pensiya və sosial sığorta sürətlə arta bilsin. Hazırda bu rəqəm 20%-dir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu