Nyu-Yorkdan Azərbaycana gətirilən quş ətinə qoyulan məhdudiyyət ləğv olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Bununla bağlı AQTA-nın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, ABŞ-nin sözügedən ştatında WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə Nyu-York ştatına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.