Xəbərlər

Gündəlik 2 min maaşa işçi tapa bilmirik

fehle

“İxtisaslı kadr çatışmazlığı tikintidən toxuculuğa qədər bir çox sektorda problem olaraq qalmaqdadır. İşəgötürənlər gündəlik 2 min lirə (120 AZN) maaşa işçi tapa bilmir”.

Millinews.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Anadolu Yakası İnşaat Podratçıları Dərnəyinin (AYİDER) sədri Hakan Şişik deyib.

O, tikinti sektorunda qaynaqçı, suvaqçı kimi sahələrdə kadr tapmaqda çətinlik çəkdiklərini açıqlayıb:

“Gündəlik 2 min TL ödəsək də işçi tapa bilmirik. Bu sahələrdəki kadr çatışmazlığının səbəbi gənclərin bu peşələri seçməməsidir. İnşaat əslində Türkiyənin lokomotiv sektorudur və bu sahədə çalışanlar az qala “ağ yaxalılar”ın qazandığı qədər gəlir əldə edir.

Peşə liseyləri ilə əməkdaşlığa başlayacağıq. Beləliklə sektora ixtisaslı kadrlar hazırlanacaq”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu