Xəbərlər

Mikelancelonun gizli otağına siz də girə bilərsiniz

michelangelo gizli odasi 2134567 1

İntibah dövrünün italyan rəssamı Mikelancelo Buonarrotinin Florensiyada gizli otağı ziyarətçilərin ixtiyarına veriləcək.

Millinews.az xəbər verir ki, dövrünün qabaqcıl rəssamı, heykəltəraşı və memarı Mikelancelonun 48 il əvvəl Florensiyadakı Mediçi Şapellərində kəşf edilən və “gizli sığınacağı” sayılan otaq açılışa hazırdır.

Divarlarında Mikelanceloya aid bəzi kömür rəsmlərinin olduğu bildirilən otağı, 15 Noyabr 2023 – 30 Mart 2024-cü il tarixləri arasında əvvəlcədən rezerv etdirən tamaşaçılar ziyarət edə biləcək. Otağa eyni vaxtda yalnız 4 nəfər daxil olmaq imkanı var. İcazə verilən ziyarətçilərin sayı həftədə 100 nəfərlə məhdudlaşdırılacaq və otaqda qalma müddəti 15 dəqiqədən çox olmayacaq.

1475-1564-cü illər arasında yaşamış Mikelancelonun bu otağı özü üçün tikdirdiyi və o zamankı Papa VII Klementin qəzəbindən yaxa qurtarmaq üçün bir müddət burada qaldığı iddia edilir.

1975-ci ildə hazırlanmış gizli otaq həmin dövrdə aparılan təmizlik işləri zamanı aşkarlanıb və zaman-zaman ziyarətçilərin ixtiyarında olub.

Xatırladaq ki, Mikelancelonun gizli otağı 1975-ci ilə qədər Mediçi Kapellasının (Medici Şapelləri) altında anbar kimi istifadə edilib.

Cəmilə Hətəmxanova

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu