Xəbərlər

“Google”da yeni FUNKSİYA

“Google” şirkəti “Search” (Axtarış) və “Lens” (Obyektiv) funksiyalarında əhəmiyyətli yenilənmələr təqdim edib. Bunlar STEAM (Science, Technology, Engineering and Mathematics) fənləri üzrə mürəkkəb məsələlərin həllində şagird-tələbələrə köməyə istiqamətlənib.

Modern.az bu barədə “Google” şirkətinə istinadla xəbər verir.

“Google” axtarış sistemi indi riyazi məsələlərin həllində geniş kömək təklif edir. İstifadəçilərə axtarış xanasına tənliyi yazmaq və ya “Google Lens”in köməyi ilə məsələnin şəklini çəkmək kifayətdir. Nəticədə onlar addım-addım həlli tapacaqlar. Bundan başqa, “riyazi hesablama” funksiyası personal kompüterlərdə əlçatandır və tezliklə mobil cihazlarda da yaradılacaq.

“Google”, həmçinin “Search”da STEM konsepsiyasının vizual şəkildə öyrənilməsi imkanını tətbiq edib. Bu funksiya istifadəçilərə biologiya, kimya, fizika, astronomiya və s. ilə bağlı mindən çox mövzu üzrə 3D modelli və interaktiv diaqramlarla qarşılıqlı əlaqədə olmaq imkanı verir.

“Google” nümayəndələri ümidvardırlar ki, insanlar yeni və təkmilləşdirilmiş funksiyalar sayəsində öz maraqlarını təmin edəcək və xeyli yeni məlumat öyrənəcəklər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu