MaqazinÖlkə

Masallıda gəlindən öz toyunda şok əməl – VİDEO

Masallıda 17 yaşlı qız toy günü evdən qaçıb.

Bu barədə “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib. Bildirilib ki, Masallı rayonunun Xallıca kəndində gənc qız məcbur ərə veriləcəyi üçün evdən qaçıb.

17 yaşlı Leyli valideynlərinin onu 33 yaşlı kişiyə ərə vermək istədiklərini deyib. Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonunun Xallıca kəndində gənc qızın zorla ərə verilməsi məsələsi ilə bağlı hərəkətə keçib.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan MilliTv.NET-a bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu