Xəbərlər

Həvvanı cənnətdən, müasirlərini ərdən edən “emosional ehtiyac”: ailəyə ziddir, rəzalətdir

Emosional ehtiyaclar nələrdir? Yəqin ki, minlərlə emosional ehtiyac var. Emosional ehtiyaclar sağlam həyat tərzinin bir hissəsidir və bu ehtiyacların ödənilməsi fiziki ehtiyaclarımızı ödəmək qədər vacibdir. Emosional ehtiyaclar xoşbəxt və rahat hiss etmək üçün ehtiyac duyduğumuz hisslər və ya şərtlərdir. Onlar olmadan özümüzü məyus, incik və ya narazı hiss edə bilərik. Hamımızın emosional ehtiyacları var. Emosional təlabatı ödəmək üçün əsas məsuliyyət fərdin üzərinə düşür. Emosional ehtiyac hər kəs üçün fərqli mənalar kəsb edir.

Son günlər ARB TV-nin “Günə Son” verilişində sözləri ilə gündəmə gələn psixoloq Əfsanə Rüstəmova deyib ki, emosional ehtiyacı ödənməyən qadının boşanmaq kimi bir hüququ var.

O bildirib ki, qadınların emosional ehtiyacları ödənməlidir, əks halda qadın boşanma hüququndan istifadə edə bilər:

“Mənim 3 minlik bir telefona emosional ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək hüququm var”.

Psixoloqun bu sözləri studiyada və sosial şəbəkələrdə narazılıqla qarşılanıb.

Biz də yaranmış yarı gülməli, yarı ciddi bu fikirlərin təsirinə düşdük. “Bəs, əslində necə olmalıdır?”, sualı ilə müzakirə aparmaq istədik. Üz tutduq hər zaman karımıza gələn mütəxəssislərə.

Məsələ ilə bağlı sosioloq-alim, şair-publisist Əhməd Qəşəmoğlu Millinews.aza deyib ki, emosional tələbatın mənası nəfs deməkdir:

“Çox təəssüf edirəm ki, Əfsanə xanım belə bir söz deyib. O bu sözü təbii ki, psixoloq kimi deməyib, tələbatı bir az artıq olan xanım kimi deyib. Belə xanımlarımız da ola bilər. Bir şeyə nəfsi düşmək emosional ehtiyacdır. Hələ ən qədimdən bütün müdrik insanlar nəfsə uymamağı tövsiyə ediblər. Lap qədim dini kitabların hamısından hətta “Quranı-Kərim”dən də əvvəl Adəmlə Həvvanın nəfs məsələsi var. Adəmlə Həvva cənnətdə qadağan olunmuş ağacdan qadağan olunmuş qidadan yeməsəydilər yəqin ki, insanlığın taleyi başqa cür olardı. Mənim bir şeirim var, şeirin adı belədir – “Qadağan olunmuş ağac”. Mən o şeirdə izah eləməyə çalışmışam ki, qadağan olunan şey elə nəfsdir. İnsanın nəfsi olanda o özünü idarə edə bilmir. Nəfsini idarə edə bilməyən adam bəzən elə hərəkətlər edir ki, öz həyatı və cəmiyyət üçün arzuolunmaz olur. Ona görə də orucluq ayı əslində nəfsi tərbiyə ayıdır. Yəni o bir ay ərzində sən bütün sahələrdə nəfsini tərbiyə etməlisən. Elə nəfsin nə istədi onu etmək düzgün deyil. Bunu təkcə mən demirəm, dini kitablar, müdrik insanlar da deyir”.

98ceee225ce5e362d7887c52dd2de61d

Sosioloq əlavə edib ki, insanlar özlərini nəfsinin öhdəsinə verəndə maddi dəyərlərə tələbat çoxalır:

“Bütün tarix göstərir ki, ailə, iş, şəhər, yer üzü fərqi yoxdur, hara olursa olsun maddi tələbat, nəfs güclü olursa, orada hökmən qarşıdurma yaranır, gərginlik olur. Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərində başdan-ayağa nəfsin tərbiyəsindən bəhs edilir. Ona görə də insanlar qədimdən maddi tələbatı önə verməyi, nəfsi önə verməyi məsləhət görməyiblər. Harada ki, maddi gəlirlərin əksinə mənəvi dəyərlərə üstünlük verilir, orada bir ahəng, gözəl münasibət olur. Ölkəmizdə mütləq şəkildə bu maddi tələbatın təbliğinə qarşı maarifləndirmə işi aparmalıyıq. Ailənin içərisində maddi tələbat öndə olarsa ailə dağılır. Ona görə də çalışmalıyıq ki, daha gözəl xalq olaraq nəfsimizin tərbiyəsi sahəsində özümüzü inkişaf etdirək. Kimki cəmiyyətdə nəfsi, maddi tələbatı daha çox təbliğ edirsə, o adamlar səhv yoldadır. Bunlar hamısı cəmiyyətimiz üçün ziyanlı işlərdir. Bu şeylərdən qaçmaq lazımdır”.

1520063813692

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib ki, dünya miqyasında boşanmaların sayı sürətlə artır:

“Boşanmaların sayı artmaqla yanaşı, evlənənlərin də sayı azalır. Bu iki prosesin ortaq nəticəsi ailə institutunun sürətlə məhv olmasıdır. Bu proses isə kimlərinsə xoşuna gəlir, sanki dəstək verirlər. Narahatlıq doğuran odur ki, ailə institutu dağıdanlar gələcək üçün hansı modeli qururlar? Ya elə bir model yoxdur, ya da onu üzə çıxarmağa qorxurlar. Ölkəmiz ailə institutuna dəyər verir, onu qoruyub saxlamağa cəhd göstərir. Bunun üçün Azərbaycan dövləti ən müxtəlif mexanizmlər yaradır. Xüsusi ixtisaslaşmış ailə uşaq problemləri üzrə müxtəlif komitələr var. Ailələrin qurulması, möhkəmləndirilməsi və sağlam özüldə yaradılması üçün stimullaşdırıcı addımlar atılır. Təəssüf ki, bunun əksinə olan proseslər də gedir. Ölkəmizdə məişət zorakılığının yüksək səviyyədə olması barədə süni rəy yaradılır. Feminizmin inkişafı üçün müxtəlif qüvvəllər addım atırlar”.

musfiq

Ekspert diqqətə çatdırıb ki, hazırda Azərbaycanda tətbiq olunan feminizm klassik deyil, bu cərəyanın adı radikal feminizimdir:

“Radikal feminizim də ailə institutuna zidd olan, dağıdıcılığı, xaosu, münaqişəni təşfiq edən bir cərəyandır. Bu cərəyanla yanaşı ənənəvi mediada da ailə institutuna xələl yetirən fikirlərə də şahid oluruq. Yeni yetkin yaşına çatanlar, evlilik ərəfəsində olanlar bu cür fikirləri eşidirlər. Bu da onlara təsir edir. Özünü psixoloq hesab edən, cəmiyyətlə işləyən və televiziya efirinə çıxan bir şəxsin neqativ fikirlər yayması narahatlıq doğuran bir haldır. Bu kimi halların qarşısı alınmalıdır. Dövlətin əsas hədəfi ailə institunu qorumaq olduğu halda, televiziyada belə fikrin olması doğru deyil. KİV cəmiyyət üçün zərərli olan fikirlərin yayılmasına şərait yaratmamılıdır. Bu cür neqativ proseslərdə iştirak etməməlidir”.

bfde83c9 c20e 4bf8 bc4d 7bbdf71ec197 850

Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, cəmiyyətlə işləyən hər bir peşə sahibi işində son dərəcə diqqətli olmalıdır:

“O ki, qaldı həmin şəxs televiziyaya çıxırsa danışdıqlarını yüz ölçüb, bir biçməlidir. Peşəsindən asılı olmayaraq, bu sözləri deyən bir azərbaycanlı qadındırsa bu rəzalət deməkdir. Öz xalqının milli dəyərlərinə təhqirdir. Təhqirlə yanaşı azərbaycanlı gənc qızların beynini zəhərləməkdir. Bu gün eşitdiyimizi unuda bilərik, amma bu bizim şüuraltımızda qalır. Hələ bunu dinləyən 20-21 yaşlı cavandırsa. Bu sözlər adi gəlsə də ailəyə vurulan dağıdıcı zərbədir”.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.

media logo 2023

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu