Xəbərlər
Türkan Məmmədli: “Biz bütöv idik”
Jurnalist Türkan Məmmədli instagram hesabında duyğusal paylaşım edib.
Millinews.az xəbər verir ki, o, bu gün övladının doğum günü olduğunu deyərək bu sözləri yazıb:
“Amalımızın bu gün 3 yaşı tamam olur. Biz bu tarix üçün nələrdən keçmişdik… Keçən ilin bu günü, Bünyamin bətnimdə, Amal atasının qucağında və biz bütöv idik. Həyat çox qəddardır”.
Xatırladaq ki, Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədli bir müddət öncə iş yerində intihar edərək həyatına son verib.