Xəbərlər

İsrail təsdiqlədi: Alman tələbə öldürülüb

luk

Oktyabrın 7-də İsrailin cənubunda keçirilən musiqi festivalında HƏMAS silahlıları tərəfindən qaçırılan alman tələbə Şani Lukun öldüyü təsdiqlənib.

Millinews.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“23 yaşlı Şani Lukun cəsədinin tapıldığını və şəxsiyyətinin müəyyən edildiyini təəssüflə bildiririk. HƏMAS terrorçuları tərəfindən musiqi festivalından qaçırılan, işgəncələrə məruz qalan Şani öldürülüb. Bu ağlasığmaz kabus zamanı düşüncələrimiz və dualarımız Şaninin dostları və ailəsi ilə birlikdədir”, – İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Süddeutsche Zeitung” qəzeti bu gün səhər saatlarında qızın anası Riçarda Luka istinadən qızının cəsədinin hələ tapılmadığını, lakin kəllə sümüyünün parçasının tapıldığını və DNT nümunəsinin götürüldüyünü, bu da şəxsiyyətin müəyyənləşdirilməsinə səbəb olduğunu bildirib.

Qəzetin yazdığına görə, əvvəlcə Lukun ailəsi qızın ağır yaralı, lakin sağ olduğunu və HƏMAS-ın girovu olduğunu güman edirdi.

Tural

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu