Maqazin

“Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur” – Pərvin özünü təriflədi

“Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur”.

Bu sözləri Azxeber.com-un “Gəl danış” layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib.

“Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşəm ki, yox. Bu sadəcə Pərvinin şanssızlığıdır ki, Azərbaycanda belə rejissorların əlinə düşüb, ondan düzgün istifadə edə bilmirlər. Digər aktrisalar ki, var, deyirlər mən bu qiymətə çəkilirəm, inanın səmimiyyətimə yalan deyirlər. Hamısı ilə işləmişəm, aldıqları pullardan da xəbərdaram. Göstəriş xatirinə mən, mən deyirlər. Azərbaycanda heç bir rejissor onların dedikləri məbləğləri vermir, heç vaxt da verməyəcək. “Təhminə və Zaur” serialında o vaxt Pərvin çəkiləcəkdi. Rejissor istədiyi pulu vermədi deyə, çəkilmədi. O rolu başqasına verdilər, amma o qədər də uğurlu olmadı. Amma hansısa reklam şirkəti var ki, Pərvini çəkmək istəyir, hə, dediyi pulu da verir. Azərbaycan seriallar aktyorlara yüksək pullar vermir. Buna görə də mən artıq son illərdə heç bir serialda rol almıram. Bu sadəcə vaxt itkisidir, məvacibi də çox az”.

pervinabiyeva 1697915286 3218669164754753900 421347164

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu