Xəbərlər

Cocuq Mərcanlıda yeni müəssisə fəaliyyətə başlayıb


Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur.

Millinews.az xəbər verir ki, yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakini olan 8 xanım işlə təmin olunub. Burada tibb personalı və müalicə alan şəxslər üçün geyimlər hazırlanır, eləcə də tibbi maskalar və s. kimi səhiyyə ləvazimatları istehsal olunur.

Qeyd edək ki, Cocuq Mərcanlı xanımlarının hazırladıqları bu məhsullar ölkənin müxtəlif tibb müəssisələrinə çatdırılır.

Yaxın gələcəkdə sifarişlərin həcminin artması gözlənilir. İşin həcmi böyüdükcə yeni işçilərin müəssisəyə cəlb edilməsi planlaşdırılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu