Xəbərlər

100-cü ilin ilk körpəsinə bu ad verildi

8c40e41c356e496f80e1aece1d90a361

Türkiyə Cümhuriyyətinin 100-cü ilinin ilk körpəsi İstanbul şəhərində dünyaya gəlib. Oktyabrın 29-da doğulan körpəyə Ata adı verilib.

Millinews.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti yaranmasının 100-cü ildönümünü qeyd edərkən, İstanbulda Yağmur və Ərdəm Öztürk cütlüyü əsrin ilk dəqiqələrində dünyaya gələn körpələrinə Ata adını qoyublar. Oktyabrın 29-da saat 00:05-də Kavacıkdakı özəl xəstəxanalardan birində dünyaya gələn Ata Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünün ilk dəqiqələrində dünyaya gələn körpə kimi tarixə düşüb.

Ata Ərdəm Öztürk, “Oktyabrın 29-na təsadüf etdiyi üçün çox xoşbəxtik. Həkimimiz körpənin 29 oktyabrda dünyaya gələcəyini deyəndə, dərhal bir ad düşünməyə başladıq. Ən uyğun ad olaraq “Ata”nı təyin etdik. Körpəmizin adı Ata Öztürkdür, sevinirik, həyəcanlıyıq”,- deyə bildirib.

Nəzrin

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu