MaqazinÖlkə

“Hamı məni söyür, nə edim, mənim də bəxtimə belə rollar düşür” – Aktyor

“Səriyyə” filmi ekrana çıxandan sosial şəbəkələrdə hamı məni söyür. Xətrimə dəyən odur ki, obrazı yox, məni söyürlər. Sənətdən başı çıxan adam belə eləməz təbii ki, anlamayanlar söyür. Nə edim, mənim də bəxtimə belə rollar düşür”

Bu fikirləri son zamanlar haqqında çox danışılan “Səriyyə” filmində Raqif rolunu canlandırmış aktyor Niyaz İlyasoğlu səsləndirib.

“Raqif 14 yaşlı qızla evlənmək istəyən varlı bir adamdır və pul gücünə, əslində Səriyyənin dediyi kimi, 5 qoyunun əvəzində qızı atasından almaq istəyir. Əslində Raqifi də belə erkən nikaha icazə verənləri, razı olanları da pedofil hesab edirəm. İstəmirdim bu rola çəkilmək. Amma sonra düşündüm ki, maarifləndirici filmdir, göstərmək lazımdır. Görünür yaxşı oynamışam ki, insanlarda belə qıcıq yaranıb. Məncə aktual mövzudur. Təəssüf edirəm ki, aktualdır və Azərbaycan üçün lazımlı mövzudur. Belə filmlər çəkilməlidir”,- deyə o bildirib.

Niyaz İlyasoğlu bildirib ki, filmdə 14 yaşlı Səriyyə obrazını aktrisa olmağı arzulayan məktəbli Nazı Heydərova canlandırıb.

“Çəkilişlər zamanı anası həmişə yanında olurdu, aktrisa olmağı arzulayır, istedadlı uşaqdır”,- deyə o əlavə edib. / lent.az

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu