Xəbərlər
DİN vətəndaşlara çağırış etdi
“Əgər vətəndaşda döyüş silahı varsa, o silah hansısa cinayətdə istifadə olunacaqdır”.
Millinews.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev bildirib.
“Əgər istifadə olunma ehtimalı yoxdursa, o silah onun nəyinə lazımdır? Ona görə də qanunsuz saxlanılan odlu silah kimdə varsa təhvil verilməlidir. Könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır. Başqa sözlə, könüllü təhvil verilsə DİN həmin şəxsə təşəkkür edəcəkdir”, – o qeyd edib.