Xəbərlər

Argentinada prezident seçkiləri ikinci tura qaldı

ezgif 2 94bd62e236

Argentinada keçirilən ümumi seçkilərdə heç bir namizəd kifayət qədər səs toplamadığından, prezident ikinci turda müəyyən olacaq.

Millinews.az xəbər verir ki, hazırkı İqtisadiyyat naziri Sergio Massa seçkilərin birinci turunda qalib gəlsə də, heç bir namizəd lazımi səs sayına çata bilməyib. Qutuların 90 faizindən çoxunun açıldığı seçkilərin ilk nəticələrinə görə, hazırkı İqtisadiyyat Naziri, “Vətən Naminə Birlik” (Union por la Patria) və eyni zamanda hakim “Peronist” ittifaqın namizədi Sergio Massa birinci turda 36,26 faiz səslə irəlidə olub. Avqustun 13-də ölkədə keçirilən ilkin seçkilərdə ən yüksək səsi toplayan “Azadlıq İnkişafı” (La Libertad Avanza) partiyasının namizədi və ifrat sağçı Xavier Mayli isə 30,20 faizlə ikinci yerdə qərarlaşıb.

Ana müxalifət alyansının namizədi, “Dəyişiklik Naminə Birlikdə” Koalisiyasının lideri Patrisiya Bullriç 23,81 faiz səslə 3-cü yerdə qərarlaşıb.

Sıralamanı 7,04 faizlə “Ölkəmiz üçün edək” Partiyasının namizədi Kordoba əyalətinin qubernatoru Xuan Şiaret, 2,66 faizlə isə Sol və İşçi Cəbhəsinin namizədi fəalı Miriam Breqman izləyib.

Beləliklə, prezident noyabrın 19-da keçiriləcək ikinci turda müəyyənləşəcək.

Nəzrin

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu