Xəbərlər

Şoyqu Qərbə mesaj göndərdi: Biz hazırıq

soyqu

Ukrayna böhranının münaqişədən sonrakı həlli və Qərblə gələcək birgəyaşayış üzrə dialoqa hazırdır.

Millinews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Pekində keçirilən 10-cu Syanşan Təhlükəsizlik Forumunda danışıb.

“Əgər lazımi şərait yaradılarsa, biz real əsasda siyasi müzakirələrə hazırıq”, – o qeyd edib.

Eyni zamanda, Şoyqu “bütün nüvə gücləri – BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bərabər münasibətlərin təmin edilməsinin” zəruriliyini qeyd edib. Nazirin sözlərinə görə, bu dövlətlər sülhün və qlobal sabitliyin qorunmasında xüsusi məsuliyyət daşıyırlar.

Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, ədalətli çoxqütblü dünya nizamının formalaşdırılması üçün “beynəlxalq təhlükəsizliyin arxitekturasını yeniləmək və ona daha böyük sabitlik vermək lazımdır”.

Ekspertlərin fikrincə, Moskva və Kiyev ötən ilin yazında sülh danışıqlarına hazır olub. Lakin sırf Qərb ölkələrinin danışıqlar aparmaq istəməməsi buna mane olub.

Tural

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu