Xəbərlər
İrana casusluq edən daha doqquz nəfər ifşa edildi
Azərbaycanda dini radikalizmin təbliğinə və pozuculuq fəaliyyətə cəlb edilmiş şəbəkənin bir qrup üzvü polis əməkdaşları tərəfindən həbs edilib.
Millinews.az xəbər verir ki, bu barədə “Şedevr” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə 9 nəfər şəxs narkotik aludəçilərini yardım adı altında əməkdaşlığa cəlb ediblər, ölkədə “kərimə dövləti” qurulmasını təbliğ ediblər. İrandan idarə edilən radikal dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.
İfşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların radikal fəaliyyəti haqqında sosial şəbəkə hesablarında çoxsaylı faktlar var.