Millinews.az – DÇ-2026: Braziliya büdrədi, Argentina qələbə qazanıb lider oldu
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika zonası üzrə seçmə mərhələsində bir neçə oyun keçirilib.
Oxu.Az xəbər verir ki, son dünya çempionu Argentina yığması öz meydanında Paraqvayı məğlub edib – 1:0. Yeganə qolu Nikolas Otamendi vurub.
Braziliya Venesuela ilə qarşılaşmada xal itirib. Qabriel “sambaçılar”ı hesabda irəli keçirsə də, Eduard Bello qonaqlara xal qazandırıb.
Digər matçlara gəlincə, Uruqvay Kolumbiya ilə heç-heçəyə razılaşıb, Ekvador Boliviya səfərindən qələbə ilə dönüb, Çili isə Perunu əliboş yola salıb.
Üç turdan sonra maksimum nəticə göstərən – doqquz xal toplayan Argentina yığması liderdir. Braziliya yeddi xalla ikinci, Kolumbiya isə beş xalla üçüncüdür.
DÇ-2026
Cənubi Amerika zonası seçmə mərhələsi
III tur
13 oktyabr
Kolumbiya – Uruqvay – 2:2
Qollar: Xames Rodriges, 35, Mateus Uribe, 52 – Matias Olivera, 47, Darvin Nunyes, 90+1
Argentina – Paraqvay – 1:0
Qol: Nikolas Otamendi, 3
Boliviya – Ekvador – 1:2
Qollar: Rodriqo Ramallo, 83 – Kendri Paes, 45, Kevin Rodriges, 90+6
Çili – Peru – 2:0
Qollar: Dieqo Valdes, 74, Markos Lopes, 90+1 (öz qapısına)
Braziliya – Venesuela – 1:1
Qollar: Qabriel, 50 – Eduard Bello, 85