Xəbərlər

Xankəndidəki partlayışı kim törədib? – Şahramanyan SİRRİ AÇDI

“Partlayış “Müdafiə Departamenti”nin xidmətə yararlı yanacaq anbarında baş verib. Biz bu yanacaqdan döyüş əməliyyatlarından əvvəl istifadə etməməyə çalışdıq, çünki o, döyüş əməliyyatlarının əvvəlində istifadə üçün nəzərdə tutulmamışdı”.

Millinews.az xəbər verir ki, bunu Qarabağda mövcud olmuş qondarma rejimin “prezident”i Samvel Şahramanyan “yerli” televiziyaya müsahibəsində Xankəni yaxınlığında baş verən partlayışdan danışarkən deyib.

“Panika nəticəsində əhalimiz hərbi hissənin anbarına sığındı, elementar təhlükəsizlik qaydalarına əməl olunmadı. Benzinin anbardan öz-özünə çıxarılması həyata keçirilib. Həmin qaydaların pozulması səbəbindən çoxlu sayda insanın həyatına son qoyan həmin partlayış baş verdi. İnsanlar benzin ehtiyatı toplamağa can atırdılar.

Baxmayaraq ki, biz bu rejimin ilin sonuna qədər işləyəcəyini və bütün arzu edənlərin Ermənistana aparılacağını bəyan etmişdik”. – keçmiş qondarma rejimin lideri deyib.

Burada günahkarların olub-olmaması və onların tapılması üçün nələr edilir sualına Artsax prezidenti belə cavab verib:

“Bizim KP tərəfindən cinayət işi başlanıb, indi o, Ermənistan KP-nin baş hərbi idarəsinə verilib. Mən Ermənistan Mərkəzi Komitəsinin rəhbərliyindən xahiş edərdim ki, ardıcıl olsun və o işin bütün hallarını araşdırsın, bütün günahkarları müəyyən edib məsuliyyətə cəlb etsin”.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu