Xəbərlər

Şəkidə minik avtomobili traktorla toqquşdu, ölən var

9812a9f8 68a3 3f29 82ab 0d9920794685 850

Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində minik avtomobili traktorla toqquşub, ölən var.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Millinews.az-a bildirilib ki, oktyabrın 28-də saat 18 radələrində 1965-ci il təvəllüdlü Vahabov Əsgər Əfkər oğlunun idarə etdiyi traktorla Əhmədov Sahib Məmməd oğlunun idarə etdiyi “Ford” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində traktorun sürücüsü Ə.Vahabov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu