“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir
SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.
Millinews.az xəbər verir ki, növbəti həftə (30-31 oktyabr və 2-3 noyabr tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.
Aksiya həftənin 1-ci günü Hacıqabul rayonu, Atbulaq kəndində (kənd inzibati ərazi dairəsinin qarşısı), 2-ci günü Neftçala rayonu, Aşağı Surra kəndində (Mədəniyyət evinin qarşısı), 4-cü günü İmişli rayonu, Muradalılı kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü isə Saatlı rayonu, Qaracalar kəndində (orta məktəbin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.