Xəbərlər

HƏMAS-ın xəstəxanalarda terror infrastrukturu var

27edb77b 9c7b 3816 b534 0e492f391a77 850

Fələstin HƏMAS hərəkatının komanda mərkəzi, eləcə də İsrailə hücumlar üçün yeraltı və yerüstü infrastruktur Qəzza şəhərində ən böyük “Şifa” xəstəxanasının ərazisində yerləşir.

Millinews.az-ın məlumatına görə, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat katibi, briqada generalı Daniel Haqari deyib.

“HƏMAS-ın xəstəxanalar ərazisində terror infrastrukturu var. HƏMAS xəstəxananın (Şifa) ərazisində müxtəlif yerlərdə komanda və əməliyyat mərkəzləri yerləşdirib. Buradan raket atəşi və HƏMAS bölmələrinin komandanlığı həyata keçirilir. Bizim əlimizdə konkret sübutlar var. Oktyabrın 7-də törədilən qırğınlardan sonra yüzlərlə terrorçu xəstəxanada gizləndi”, – Haqari brifinqdə bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu