Xəbərlər

Tanınmış etnoqraf vəfat etdi


Tanınmış etnoqraf Emil Əli oğlu Kərimov vəfat edib.

Millinews.az xəbər verir ki, bu barədə Tarix İnsitutu məlumat yayıb.

Qeyd edilib ki, tanınmış tədqiqatçı, etnoqraf AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., Emil Kərimov 1933-cü il mayın 15-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olmuşdur. 1948-ci ildə Azərbaycanlılara qarşı kütləvi deportasiya nəticəsində Xanlar rayonuna köçürülüb.

Emil Kərimov 1960-1963-cü illərdə Rusiya EA Etnoqrafiya və Antropologiya İnstititunun aspirantı olmuşdur. O, 1963-cü ildən Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 1968-ci ildə “Rusiyada Azərbaycan Etnoqrafiyasının öyrənilməsi tarixi (XVIII-XIX əsrlər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

E.Kərimov 5 monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin müəllifi olmuşdur. O, bir sıra xarici ölkələrdə (Rusiya, Hindistan, İsrail, Gürcüstan, İran və s.) Azərbaycan etnoqrafiyasının aktual problemlərinə aid məruzələrlə çıxış etmişdir.

Emil Kərimovun görkəmli arxeoloq və müzeyşünas Hümmel tərəfindən təsis edilmiş Xanlar Diyarşünaslıq Muzeyinin XX əsrin 60-cı illərində ermənilər tərəfindən dağıdılması və talan edilməsi məsələlərinə həsr edilmiş məqaləsi Moskvada almanlara həsr olunan dövrü mətbuat orqanında nəşr edilmişdir. Bundan başqa Emil Kərimov M.F.Axundovun “Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi” nin fəxri üzvü olduğu müddətdə yerli toponimlərlə məşğul olması faktını aşkar etmişdir.

E.Kərimovun “Etnoqrafiya” ixtisası üzrə kadr hazırlanması işində xidmətləri çox böyükdür. O, 2003-cü ildən 2023-cü ilin mart ayınadək Müasir dövr etnoqrafiyası şöbəsinə rəhbərlik etmişdir.

Azərbaycan Etnoqrafiya elminin inkişafında mühüm xidmətləri olan alim Emil Əli oğlu Kərimov 27 Oktyabr 2023-cü il tarixində vəfat etmişdir. Allahdan Emil müəllimə rəhmət diləyir və yaxınlarına dərin hüznlə baş sağlığı veririk.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu