Ölkə

Prezident “Qaçqınkom” sədrinə irad tutdu – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər.

Görüş zamanı dövlət başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə irad bildirib. 

Belə ki, çay kənarına çəkilən istinad divarı Prezidentin diqqətindən qaçmayıb. Bu zaman ölkə başçısı çaya da giriş olmalıdır deyə R.Rzayevə irad tutub.

“Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları ki, belə pilləkən düzəldin, yaxud da belə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər” – Prezident bildirib. / “Qafqazinfo”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu