son günə kimi qol vuracaq
“Manşester Siti”nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib.
Millinews.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Yanq Boyz”a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin III tur oyunundan sonra Erlinq Haaland haqqında danışıb. Qvardiola norveçli hücumçunun təhlükəli oyunçu olduğunu bildirib.
“İnsanlar onun hər dəfə qol vuracağını düşünür. Bəziləri uğursuz olmasını istəyirlər. Amma bu oğlan fərqlənməyə davam edəcək. Düşünürəm ki, karyerasının son gününə kimi qol vuracaq”.
Qeyd edək ki, Haaland “Yanq Boyzl”la oyunda dubl edib. O, bununla da Çempionlar Liqasında vurduğu qollarının sayını 37-ə çatdırıb. Bu göstəriciyə 33 oyunda nail olan norveçli forvard turnirin bombardilərinin sıralamasında 20-ci sıraya yüksəlib.
Heybət