Millinews.az – Həmid Həmidov: “Azərbaycan xalqının necə həmrəy olduğunu hamı gördü”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan xalqının arzusu gerçəkləşdi. Azad olunmuş Xankəndidə ölkə prezidenti Azərbaycanın bayrağını qaldırdı. Bu, tarixi anlar idi. Biz illərlə buna doğru gəlmişik.
CBC TV bununla əlaqədar “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidovdan münasibət öyrənib.
H.Həmidov ilk növbədə bütün Azərbaycan xalqını təbrik edib. Daha sonra hadisənin çox böyük tarixi hadisə olduğunu bildirib.
“Azərbaycan xalqı sınmadı. Birinci Qarabağ müharibəsindən sonra biz hərbi gücümüzü, iqtisadi potensialımızı artırdıq və bütün işğalda olan torpaqlarımızı geri qaytarmaq uğrunda mübarizəyə qalxdıq. Biz bu dövr ərzində hər mənada böyüdük. Bütün Azərbaycan xalqı, ölkə rəhbərliyi – Heydər Əliyev, daha sonra İlham Əliyev bu ana, bu qələbəyə planlı şəkildə hazırlaş və onu tezləşdirməyə can atırdı”, – deyə o, qeyd edib.
“2020-ci ildə Azərbaycan xalqını necə həmrəy olduğunu, fədakarlığını, hər kəsin müharibədə iştirak etməyə hazır olduğunu bütün dünya gördü. Bu, çox vacibdir. XXI sərdə belə bir hadisəyə çox az halda rast gəlinir”, – H.Həmidov vurğulayıb.
Ətraflı süjetdə: