Xəbərlər
Azərbaycan İsrail-Fələstin münaqişəsi zonasında artan eskalasiyadan narahatdır
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirak edib.
Millinews.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən iclasda çıxış edən nazir, Azərbaycanın son hadisələrdən və İsrail-Fələstin münaqişəsi zonasında artan eskalasiyadan dərin narahatlığını vurğulayıb.
XİN rəhbəri, təcili de-eskalasiyaya və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.