Xəbərlər

Bu respublika Quranı yandıran şəxsi döydüyü üçün Kadırovun oğluna orden verdi

adam kadirov

Çeçenistanın rəhbəri Ramzan Kadırov Tatarıstan rəhbəri Rüstəm Minnixanova Quranı yandıran şəxsi döyən oğlu Adamı mükafatlandırdığına görə təşəkkür edib.

Millinews.az xəbər verir ki, O, öz təşəkkürünü Telegram kanalında bildirib.

Oktyabrın 24-də məlum olub ki, Minnixanov Adam Kadırovu Tatarıstanın ikinci ən mühüm mükafatı olan “Dostluq” ordeni ilə təltif edib. Çeçenistan rəhbərinin oğlu bu mükafatı millətlərarası və konfessiyalararası sülhün və harmoniyanın möhkəmlənməsinə verdiyi mühüm töhfəyə görə alıb.

“Rüstəm Nurqalieviçə Kadırovlar ailəsinin nümayəndəsinə “Dostluq” ordenini təqdim etdiyinə görə minnətdaram. Ümumi Vətənimizin və onun çoxmillətli cəmiyyətinin rifahı naminə xidmət etmək hamımız üçün böyük şərəfdir”, – Kadırov yazıb.

O, həmçinin əmin olduğunu bildirib ki, gələcəkdə Tatarıstan və Çeçenistan xalqları arasında qarşılıqlı əlaqə hamı üçün əlavə imkanlar yaradacaq və birgə planların həyata keçirilməsinə müsbət təsir göstərəcək.

Volqoqradda Quranı yandıran Nikita Juravel avqust ayında Kadırovun oğlu tərəfindən döyüldüyünü bildirib. Bunu sonradan Çeçenistan rəhbərinin özü də təsdiqlədi – o, oğlunun Juraveli döyməsinin videosunu internetdə yerləşdirdi. Kadırov videoya “döydü və düzgün etdi” sözlərini əlavə edərək, hər hansı bir Müqəddəs Kitaba zidd olanların ağır cəzalandırılmalı olduğunu qeyd edib.

Tural

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu