Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğlu imiş
Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.
2006-cı il təvəllüdlü K. H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü S. H.-ni bıçaqlayıb.
Daha sonra o, anasını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Millinews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.