Xəbərlər
Fələstin məsələsi üzrə regional sammit keçirilə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Misir Fələstin probleminin müzakirəsi üçün beynəlxalq regional sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəftərxanası Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair məlumat yayıb.
Bundan əlavə, iclasda gərginliyin azaldılması və mülki şəxslərə qarşı zorakılığın dayandırılması üçün tərəfdaşlarla məsləhətləşmələrin davam etdirilməsi, Fələstinin Qəzza zolağına yardım göstərilməsi üçün beynəlxalq və regional təşkilatlarla təmasların intensivləşdirilməsi qərara alınıb.
Mənbə: TASS