Xəbərlər
Solovyov separatçıların “qəhrəman”ı oldu
Ermənipərəst teleaparıcı Vladimir Solovyov qondarma “Donetsk Xalq Respublikası”nın “qəhrəmanı” adına layiq görülüb.
Millinews.az xəbər verir ki, bu barədə qondarma qurumun rəhbəri Denis Puşilin Telegram kanalında məlumat verib.
Puşilinin sözlərinə görə, Vladimir Solovyov uzun illər davam edən qarşıdurmada Donbası fəal şəkildə dəstəkləyib. Xüsusi hərbi əməliyyatlar zamanı o, tez-tez cəbhə xəttində olub.
“Onun getmədiyi yerlər azdır”, – Puşilin deyib. O, teleaparıcının köməyinin çox vaxt pərdə arxasında qaldığını vurğulayıb.
Tural