Xəbərlər
İsraildə 50-yə yaxın özünümüdafiə bölməsi yaradıldı
Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsi və Livan-İsrail sərhədində gərginliyin artması fonunda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar ölkədə 50-yə yaxın özünümüdafiə bölməsi yaradılıb.
Millinews.az “Ynet”ə istinadla xəbər verir ki, bu barə İsrail Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Özünümüdafiə bölmələri, xüsusən də Kiryat Motzkin, Nahariya, Rosh Pina və Arad şəhərlərində yaradılıb.
Nazirlik bildirib ki, belə bölmələrin yaradılması və təlimi təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir, işlər İsrail polisinin nəzarəti altında aparılır.
Hüseyn İbadlı