Xəbərlər

Sunakın şəxsi telefon nömrəsi internetə sızdırıldı

sunak

Böyük Britaniyanın baş naziri Rişi Sunakın şəxsi telefon nömrəsi internetdə dərc olunub.

Millinews.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Bildirilib ki, prankerlər sosial şəbəkələrdə siyasətçinin telefonuna gələn zəngi və cavab verən maşının səs yazısını dərc ediblər.

Nəşr iddia edir ki, bu, Sunakın uzun illər istifadə etdiyi nömrədir. Bir il əvvəl Sunak baş nazir vəzifəsini icra edəndə ona ayrıca nömrə verilmişdi, lakin sızan səs yazısı bu nömrənin işlək vəziyyətdə qaldığını göstərir.

Baş nazirin ofisi təhlükəsizlik məsələləri ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, Sunakın sələfi Boris Conson da belə halla üzləşib. Bu zarafatdan sonra o, telefon nömrəsini dəyişməli olub.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu