Xəbərlər
daha bir ölkədə döyüşlər başladı
İraqın şimalındakı Mahmur şəhərində İraq ordusu ilə kürd peşmərgə qüvvələri arasında döyüşlər başlayıb.
Millinews.az xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.
Döyüşlər Maxmurda üç hərbi postun mülkiyyəti ilə bağlı mübahisələr səbəbindən başlayıb.
Toqquşmalar nəticəsində bir kürd silahlısı həlak olub.
Bundan əvvəl İraqın qərbindəki Ənbar vilayətində ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum edildiyi bildirilirdi.
İki təhlükəsizlik mənbəsinin verdiyi məlumata görə, ABŞ və digər beynəlxalq qüvvələrin yerləşdiyi Ayn əl-Əsəd hava bazası cümə axşamı günü axşam saatlarında hücuma məruz qalıb.
Hüseyn İbadlı