Xəbərlər

Mbappe “Real”da bu nömrəli formanı geyinəcək


“Real Madrid”in keçmiş qapıçısı Pako Buyo Kilian Mbappenin transferi barədə diqqətçəkən açıqlamalar verib.

Millinews.az xəbər verir ki, Pako Buyo iddia edib ki, “Real” gələn mövsüm üçün büdcəsinin əsas hissəsini Mbappe üçün ayırıb. Mbappenin “Real Madrid”ə transfer olacağını və hətta forma nömrəsinin də bəlli olduğunu bildirən Buyo ulduz futbolçunun 10 nömrəli formanı geyinəcəyini bildirib.

Qeyd edək ki, “Real Madrid”də 10 nömrəli formanı Luka Modriç geyinir. Modriçin mövsümün sonunda başqa kluba transfer olacağı gözlənilir. Digər tərəfdən, Mbappenin 10 nömrəli formanı geyməsi, Kərim Benzema komandadan ayrıldıqdan sonra 9 nömrəli mövqe hələ də boş qaldığından, “Real Madrid”in başqa hücumçu da ala biləcəyi iddialarına səbəb olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu