Xəbərlər

Quterreş Qəzza zolağında dərhal atəşkəsə çağırdı

quterres

BMT-nin Baş katibi Antoniu Quterreş Fələstinlə bağlı Qahirə Sülh Sammitində çıxışı zamanı Qəzza zolağında dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb.

Bu barədə Millinews.az TASS-a istinadən xəbər verir.

“Tərəfləri atəşkəsə və girovların azad edilməsinə çağırıram”, – Baş katib deyib.

O vurğulayıb ki, qan axıdılmasının dayandırılması və iki dövlətin yaradılması ilə bağlı həllə nail olmaq üçün hər cür səy göstərilməlidir.

“Beynəlxalq humanitar hüququ tətbiq etmək və Qəzza zolağının mülki əhalisini qorumaq lazımdır”, – A.Quterreş bildirib. O, mülki əhaliyə, evlərə və xəstəxanalara hücumlara son qoymağa çağırıb. BMT-nin Baş katibi vurğulayıb ki, Qəzzaya humanitar yardım davamlı olaraq göstərilməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu