Xəbərlər

Şəmkirdə 2 gəncin öldüyü dəhşətli qəzanın görüntüləri

393855056 713396974163596 6016047651459253678 n

Bazar günü Şəmkir rayonunda baş vermis ağır yol qəzasının görüntüləri yayılıb.

Millinews.azın əldə etdiyi məlumata görə, 2 gəncin ölümü, daha 2 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasının qaranlıq vaxtı yüksək sürət səbəbindən baş verməsi məlum olub.

Qeyd edək ki, “Ford Transit” markalı yük maşını ilə “Lada Priora” markalı avtomobillərin toqquşmasından sonra “Lada” yanmağa başlayıb.

Hadisə nəticəsində “Lada”nın sürücüsü, 2003-cü il təvəllüdlü Kənan Yusibov hadisə yerində, onun sərnişini isə xəstəxanada ölüb. “Ford”un sürücüsü, 1993-cü il təvəllüdlü Elşən Mahmudlu və daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

Turqut Seyidov

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu