Xəbərlər
Baydendən xəstəxananın vurulmasına reaksiya: Bunu siz yox…
ABŞ prezidenti Co Bayden Əl-Əhli xəstəxanasındakı insidenti şərh edərək, partlayışın İsrail tərəfindən törədilmədiyini deyib.
Millinews.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb .
“Gördüklərimə görə, bunu siz yox, digər komanda edib. Amma çoxları buna əmin deyil, ona görə də biz çox şeyin öhdəsindən gəlməli olacağıq”, – deyə Amerika lideri bildirib.
O, həmçinin əlavə edib ki, HƏMAS-ı Fələstin xalqından ayırmaq lazımdır. Amerika liderinin sözlərinə görə, belə hallar onu göstərir ki, Qəzza əhalisi islamçı qruplaşmaların fəaliyyətindən əziyyət çəkir.
Qeyd edək ki, Bayden İsraildə səfərdədir. Ağ Evin məlumatına görə, prezident təyyarəsi yerli vaxtla saat 10:51-də İsrailin Ben Qurion hava limanına enib.